“Barselona”dan “Betis”ə

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Barselona” ilə müqaviləsi bitən Xuan Miranda ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı futbolçu ilə üç illik sözləşmə imzalanıb.

“Barselona”nın futbolçusu olan Miranda son mövsümü icarə əsasında “Betis”də keçirib. Kataloniya klubu müdafiəçinin müqaviləsini yeniləməyib və onun azad agent kimi Əndəlüs təmsilçisi ilə sözləşmə imzalamasına razılıq verib.

“Barselona” Mirandanın növbəti satışından 40 faiz pay alacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button