“Barselona” 24 il sonra…

İspaniyanın “Barselona” komandası Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Bayern”ə (Almaniya) uduzub – 0:3.

Komanda.az “Squawka” portalına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi son 24 ildə ilk dəfə Çempionlar Liqasına xalsız başlayıb. “Barselona” sonuncu dəfə 1997/1998 mövsümündə ilk oyunda İngiltərənin “Nyukasl” komandasına 2:3 hesabıyla uduzub.