“Bütün titullar uğrunda mübarizə apara biləcək gücdəyik” – Depay

İspaniyanın “Barselona” klubunun futbolçusu Memfis Depay Çempionlar Liqasında “Bayern”ə (Almaniya) uduzduqları oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, AS nəşrinə açıqlama verən niderlandlı hücumçu, 0:3 hesablı məğlubiyyətin hər kəsi məyus etdiyini deyib:

“Bayern”lə oyunun nəticəsi hamını məyus etdi. Məğlubiyyətlərdən dərs çıxarmalı və vəziyyəti xeyrimizə dəyişməliyik. Bütün titullar uğrunda mübarizə apara biləcək gücdəyik. Biz “Barselona”yıq, qarşıda oyun çoxdur”.