“Barselona” 455 milyon avro kredit götürdü!

İspaniyanın “Barselona” klubu yeni kredit götürüb.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

Maliyyə problemləri yaşayan Kataloniya təmsilçisi 455 milyon avro kredit götürüb. Kreditin ödənilməsi 10 il üçün nəzərdə tutulub və faizi 1.98-dir.

“Barselona” maliyyə problemlərinə görə Lionel Messi ilə yeni müqavilə imzalaya bilməyib. Argentinalı hücumçu Fransanın PSJ klubuna keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button