“Barselona” onun transferindən vaz keçdi: “Marslı kimi olacaq”

İspaniyanın “Barselona” klubu “Mançester Siti”nin hücumçusu Rahim Sterlinqi transfer etməkdən imtina edib.

Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona” klubunun direktoru Mateu Alemani ingilis hücumçu ilə görüşüb və onun komandaya uyğunlaşmasında problem olacağı qənaətinə gəlib. Kataloniya təmsilçisi bu səbəbdən Sterlinqin transferindən vaz keçib.

Alemani komandanın baş məşqçisi Xaviyə Sterlinq haqda “bizim komandada marslı kimi olacaq” deyib və transferin baş tutmayacağını bildirib.

Sterlinq bu mövsüm “Mançester Siti” ilə 27 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.