“Barselona” daha bir türk futbolçunu heyətinə qatır

İspaniyanın “Barselona” klubu heyətinə daha bir türk futbolçu qata bilər.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi Türkiyənin “Kayserispor” klubundan Emre Demirlə maraqlanır. Bu barədə “TRT Spor” telekanalı məlumat yayıb. Xəbərdə, “Barselona”nın 17 yaşlı yarımmüdafiəçi üçün “Kayserispor”la razılaşdığı bildirilib.

Emre Demir “Kayserispor”la ötən mövsüm Super Liqada 26 oyuna çıxıb.

“Barselona” yay transfer pəncərəsi dövründə Avstriyanın “Rapid” klubundan türk əsilli avstriyalı yarımmüdafiəçi Yusuf Demiri heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button