“Atletiko”da Suares sevinci

İspaniyanın “Atletiko” klubunun zədəli futbolçusu Luis Suares artıq sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Uruqvaylı hücumçu artıq komanda ilə məşqlərə başlayıb.

Suares ötən ayın əvvəlində zədələnmişdi.