Suares: “Xavinin “Barselona” üçün nələr etdiyini yaxşı bilirəm”

İspaniyanın “Atletiko” klubunun futbolçusu Luis Suares açıqlama verib.

Komanda.az xəbər verir ki, uruqvaylı hücumçu, keçmiş komanda yoldaşı Xavinin “Barselona”da çalışmaq üçün düzgün vaxtı gözlədiyini deyib:

“Xavinin “Barselona” üçün nələr etdiyini yaxşı bilirəm. İndi ona əmr vermək vaxtı deyil. Xavi kifayət qədər ağıllıdır və indiki vəziyyətdə “Barselona”da işləməyin necə ağır olduğunu başa düşür. O, düzgün anı gözləməlidir. Xavi yaxşı məşqçidir”.

Xavi və Suares birlikdə “Barselona”da çıxış ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button