Superkubokun təqvimi açıqlandı

Futbol üzrə İspaniya superkubokunun təqvimi müəyyənləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turnir 2023-cü ilin yanvar ayında Ər-Riyadda təşkil olunacaq.

Səudiyyə Ərəbistanındakı yarışda “Real”, “Barselona”, “Valensiya” və “Betis” mübarizə aparacaq. Yanvarın 11-də keçiriləcək ilk yarımfinal oyununda “Real”la “Valensiya” görüşəcək. Ertəsi gün “Barselona” ilə “Betis” qarşılaşacaq.

Final oyunu ayın 15-də baş tutacaq.

Superkubokun son qalibi “Real”dır.

Bizi Telegramda izləyin
 

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button