AÇ-2024: İspanlar Gürcüstanda buts və qapıçı əlcəyi olmadan məşq etdi

İspaniya milli komandasının baqajının bir hissəsi Avropa çempionatının seçmə mərhələsi üçün Tbilisiyə gələrkən itib.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, baqajların itməsi komandanın Gürcüstana enişindən bir gün sonra aşkarlanıb. Nəticədə, komanda buts və qapıçı əlcəyi olmadan məşq etmək məcburiyyətində qalıb. Çatışmayan baqajın yaxın vaxtlarda çatdırılacağı bildirilir.

AÇ-2024-ün Gürcüstan – İspaniya matçı bu gün saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button