AÇ-2020: “Ailəm təhqir olundu, uşaqlarımın öləcəyi ilə bağlı mesajlar aldım”

İspaniya milli komandasının hücumçusu Alvaro Morata təhdid olunub.

Komanda.az xəbər verir ki, bu barədə 28 yaşlı hücumçu “Marca” nəşrinə açıqlamasında deyib. O, AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunun Polşa ilə matçından sonra təhdid mesajları aldığını deyib:

“Polşa ilə oyundan sonra yatmadım. Ailəm təhqir olundu, uşaqlarımın öləcəyi ilə bağlı mesajlar aldım. Ancaq indi yaxşıyam. Bir neçə il əvvəl də belə olmuş, depressiyaya düşmüşdüm. Həftələrlə özümə qapanmışdım”.

Morata 1:1 hesabıyla bitən İspaniya – Polşa matçında komandasının yeganə qolunu vurmuşdu. Hücumçu qol epizodlarından yararlana bilmədiyi üçün azarkeşlər tərəfindən kəskin tənqid olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button