“Bunu “Kamp Nou”ya gedən hər komanda kimi biz də bilirik” – Lopeteqi

İspaniya kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Barselona”nı məğlub edən “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan ispan mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Komandan yaxşı formada olan ciddi rəqibə qarşı əla oyun keçirdi. “Barselona” ilə mübarizə aparmaq üçün ən yüksək formada olmalısan və “Sevilya” bunu bacardı. Rəqibin hücumda çoxlu şansları oldu, bizdə də az deyildi. İndi bizi səfərdə “Barselona” ilə daha çətin mübarizə gözləyir. “Barselona”nın tarixinə nəzər salsaq, bizim üçün çox çətin olacağını hiss edə bilərik. Bunu “Kamp Nou”ya gedən hər komanda kimi biz də bilirik”.

“Barselona” – “Sevilya” matçı martın 3-də keçiriləcək.