Beylin cəzası məlum oldu

“Real”ın İspaniya La Liqasının son turunda “Vilyarreal”la 2:2 hesablı nəticəyə razılaşdığı matçda qırmızı vərəqə alan futbolçusu Qaret Beylin cəzası məlum olub.

Komanda.az AS-a istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası uelsli futbolçunu bir oyunluq cəzalandırıb. Beləliklə, Beyl La Liqanın növbəti turunda “Levante” ilə matçda iştirak edə bilməcəyək. Eyni zamanda, bu səbəblə “kral klubu” 350 avro, futbolçu isə 600 avro məbləğində cərimələnib.

Sözügedən matçda “Real”ın hər iki qolunun müəllifi Beyl olmuşdu.

Futbolçu matçın əsas vaxtına əlavə olunmuş 4 dəqiqədə iki dəfə sarı vərəqə alaraq, meydandan qovulmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button