“İspaniya dünya çempionatını qazana bilməsə…” – Pedri

“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri DÇ-2022-nin favoritləri haqda fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, gənc futbolçu İspaniya millisi haqqında da danışıb:

“İspaniya dünya çempionatını qazana bilərmi? Turnir başlamazdan öncə nəsə demək çətindir. Bizim yaxşı komandamız var.

Turnirdə iki güclü komanda – Braziliya və Argentina da var. Məncə, Lionel Messi qələbəyə layiqdir. Ümid edirəm ki, qalib olacağıq, amma İspaniya dünya çempionatını qazana bilməsə, qoy Leo Argentina ilə qalib gəlsin”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İspaniya millisi E qrupunda Almaniya, Yaponiya və Kosta-Rika ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button