İspaniya Avropa çempionu oldu

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, final oyununda İspaniya və Almaniyanın müvafiq yaş qrupundan ibarət yığmaları qarşılaşıb.

Həlledici görüşdə 2:1 hesablı qələbə qazanan ispanlar AÇ-2019-un qalibi olublar.

Qeyd edək ki, bu, İspaniya millisinin 21 yaşadək futbolçular arasında Avropa çempionatında 5-ci çempionluğudu.

AÇ-2019, final

30 iyun

İspaniya – Almaniya 2:1
Qol
: F.Ruis, 7. Olmo, 69 – Amiri, 88.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button