İslamiada: Azərbaycan millisinin yekun heyəti açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, millimiz Konyada bu heyətlə mübarizə aparacaq:

Baş məşqçi: Eldar Yusubov.

Məşqçilər: Vüqar Əliyev, Emin Əbilov.

Oyunçular: Yelizaveta Ruban, Odina Əliyeva, Nikalina Başnakova, Marqarita Stepanenko, Kristina Besman, Valeriya Kondratyeva, Bəyaz Əliyeva, Yuliya Kərimova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Xarçenko, Anastasiya Mertsalova, Aynur İmanova, Mariya Kirilyuk.

Xatırladaq ki, Türkiyədə B qrupunda qüvvəsini sınayacaq qadınlardan ibarət yığma ilk görüşündə Seneqalla qarşılaşacaq. Görüş oyunların rəsmi açılışından 1 gün əvvələ – avqustun 8-nə təsadüf edəcək. Digər rəqiblərimiz Əfqanıstan (10 avqust) və Kamerun yığması (12 avqust) olacaq.

İslamiada 9-18 avqust aralığında keçiriləcək.