“Oyundan əvvəl şanslarımızın olacağını bilirdik” – “Dandalk”ın baş məşqçisi

İrlandiyanın “Dandalk” klubunun baş məşqçisi Vinni Pert Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşdıqları ilk oyundan sonra fikirlərini bildirib.

Komanda.az “irishmirror.ie” saytına istinadən xəbər verir ki, Pert, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Oyundan əvvəl konsentrasiya olunmaq barədə söhbət etdik və top meydanın mərkəzində tənzimlənməli idi. Ancaq künc zərbəsindən qol buraxdıq. Bu, kifayət qədər yaxşı deyil.

Futbolçularım ikinci hissədə daha yaxşı çıxış etdilər. Özlərinə daha inamlı idilər. Kifayət qədər şanslarımız da oldu, ancaq qalib gələ bilmədiyimiz üçün məyus olduq.

Oyundan əvvəl şanslarımızın olacağını bilirdik. Top bizdə olan zaman güclü və intizamlı olmalı idik. İkinci hissədə üstün tərəf biz idik, nəticədə qol da vurduq. Uşaqlar özləri ilə fəxr edir.

Cavab oyununda intizamlı olmalıyıq. Səfər oyununda top bizdə az olacaq. Ümid edirəm ki, uşaqlar bir qolu vuraraq, oyunun taleyini dəyişə biləcəklərinə inanacaqlar”.

“Qarabağ” – “Dandalk” cavab matçı iyulun 31-də, “Dalğa Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button