Əvvəl kapitanlıq, indi də forma nömrəsi… FOTO

“İnter”in yeni transferi Romelu Lukakunun forma nömrəsi məlum olub.

Komanda.az xəbər verir ki, belçikalı hücumçu Milan təmsilçisində 9 nömrəli formanı geyinəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“İnter”də daha əvvəl 9 nömrəli formanın sahibi Mauro İkardi idi. Ötən mövsümün sonlarında kapitanlığı, bu dəfə də forma nömrəsi alınan argentinalı hücumçunun “İnter”dən ayrılacağı gözlənilir.

“İnter” Lukakunu 65 milyon avro qarşılığında “Mançester Yunayted”dən transfer edib.