“Biz bu qələbəyə layiq idik” – Konte

“İnter”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasında “Borussiya”ya (Münhenqladbax) qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, 3:2 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:

“Borussiya” həm Almaniya çempionatında, həm də Çempionlar Liqasında əla formadadır. Komandanızın xarakteri yoxdursa, ya da fiziki cəhətdən hazır deyilsə, bu oyunda qələbə qazanmaq çətin olardı. Biz bu qələbəyə layiq idik. Qrupun liderini məğlub etdik və yarışda qaldıq. Komandama təşəkkür edirəm, layiqli mübarizə apardılar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button