“İnter”in 12 milyon avroluq itkisi
İtaliyanın “İnter” klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırmaqla böyük maliyyə itkisi yaşayıb.
Komanda.az xəbər verir ki, Milan təmsilçisi ötən gecə İspaniyanın “Barselona” klubuna 1:2 hesabıyla uduzmaqla yer aldığı qrupda üçüncü oldu və mübarizəni Avropa Liqasında davam etdirəcək.
Bu, sözügedən klubun maddi baxımdan da ciddi itkilərlə üzləməsinə səbəb olub. “Calcio e Finanza” nəşrinin hesablamalarına görə, “İnter” azı 12 milyon avro itki ilə üzləşib.
Maraqlıdı ki, İtaliya təmsilçisi bu itkini kompensasiya etmək şansına da malikdi. Amma bunun üçün milanlılar həm Avropa Liqasını, həm də UEFA superkubokunu qazanmalıdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin