“İnter”in Kivu ilə yeni anlaşmasının detalları məlumdur

“İnter” rəhbərliyi baş məşqçi Kristian Kivu ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər yeni müqavilənin bütün şərtləri üzrə razılığa gəliblər və anlaşmanın yaxın günlərdə rəsmən imzalanacağı gözlənilir.

Yeni müqaviləyə əsasən, Kivu 2028-ci ilə qədər “İnter”də çalışacaq. Müqavilədə əlavə bir mövsüm uzatma imkanı da nəzərdə tutulub. Rumıniyalı mütəxəssisin illik maaşı 4 milyon avro olacaq.

45 yaşlı çalışdırıcı 2025-ci ilin yayında “İnter”in baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda həm İtaliya çempionluğunu, həm də ölkə kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button