“İnter”in 45 milyon avroluq təklifi qəbul olunmayıb

“İnter” yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirsə də, “Atalanta”nın müdafiəçisi Marko Palestra üçün aparılan danışıqlarda irəliləyiş əldə olunmayıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, Milan təmsilçisi italiyalı futbolçunun transferi üçün qarşı tərəfə 40 milyon və əlavə 5 milyon avro bonus təklif edib. Ancaq Berqamo klubu oyunçusunun keçidi üçün 50 milyon avronun tam şəkildə və zəmanətli ödənilməsini tələb edir. “İnter” rəhbərliyi təklif etdiyi məbləğin oyunçunun bazar dəyərinə uyğun olduğunu düşündüyündən, tərəflər arasında danışıqlar hazırda dayanıb.

Rumıniyalı çalışdırıcı Kristian Kivunun rəhbərlik etdiyi “İnter” ötən mövsüm A Seriyasını 87 xalla turnir cədvəlinin birinci pilləsində başa vuraraq, çempion olub. “Atalanta” isə mövsümü 59 xalla yeddinci sırada tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button