
“İnter” israilli müdafiəçi ilə anlaşıb
“İnter” Belçikanın “Yunion Sen-Jillua” komandasında çıxış edən Anan Xəlailinin transferini başa çatdırmaq üzrədir.
Milan təmsilçisi Marko Palestranın keçidində “Çelsi”yə uduzduqdan sonra diqqətini israilli sağ cinah müdafiəçisinə yönəldib və rəqiblərini qabaqlayaraq həlledici addımı atıb.
Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun “İnter”də Denzel Dumfrisin “varis”i olması planlaşdırılır. Xəlailinin sabah Milana gələrək tibbi müayinədən keçəcəyi və daha sonra müqavilə imzalayacağı gözlənilir.
Klublar transfer üçün 22,5 milyon avro və bonuslar qarşılığında razılıq əldə ediblər. Futbolçu Milan təmsilçisi ilə müddəti 5 il olan müqavilə bağlayacaq və mövsümə görə 2,2 milyon avro əməkhaqqı alacaq.
Bizi Facebook-da izləyin



