“İnter” İkardiyə qiymət qoydu

İtaliyanın “İnter” klubu hücumçusu Mauro İkardinin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub, baş məşqçi Antonio Kontenin planlarına daxil olmayan 26 yaşlı futbolçunu satmağa qərar verib. “Neradzurra” İkardinin transferindən azı 50 milyon avro qazanmaq niyyətindədir.

“İnter”lə 2021-ci ilədək müqaviləsi olan argentinalı hücumçu, son mövsümdə iştirak etdiyi 37 oyunda 17 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. İkardi ilə “Yuventus”un yaxından maraqlandığı deyilir.