“İnter” Lukakunu onunla əvəzləyəcək

“İnter” klubu hücumçusu Romelu Lukakunun “Çelsi”yə keçəcəyi halda, onun yerinə “Roma”dan Edin Dzekonu transfer etməyə çalışacaq.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “neradzurra”nın 35 yaşlı futbolçu üçün “Roma”ya 1,8 milyon avro təklif edəcəyi bildirilib.

“İnter” Dzeko ilə yanaşı, “Atalanta”dan Duvan Zapata və PSV-dən Denzel Dumfrislə də maraqlanır.

Lukakunun “Çelsi” ilə razılaşdığı və yaxın zamanda London klubu ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button