Erməni futbolçu “İnter”də daha bir il qalacaq

“İnter”in yarımmüdafiəçisi Henrix Mxitaryan klubu ilə müqaviləsinin müddətini daha bir il uzatmağa yaxındır.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, ermənistanlı futbolçu yeni müqavilə ilə bağlı danışıqları agentsiz aparıb və klub qarşısında heç bir xüsusi tələb irəli sürməyib. Üstəlik, o, hazırkı müqaviləsi ilə müqayisədə maaşının azaldılmasına da razılıq verib. Futbolçu, mövcud anlaşmaya əsasən, vergilər çıxıldıqdan sonra mövsümdə təxminən 4 milyon avro qazanır.

Milan klubunun baş məşqçisi Kristian Kivu da Mxitaryanın komandada qalmasını israrla istəyib. Rumıniyalı mütəxəssis onu yeni mövsümdə komandanın vacib üzvlərindən biri hesab edir. Klub rəhbərliyi isə 37 yaşlı futbolçunun liderlik keyfiyyətlərini, paltardəyişmə otağındakı nüfuzunu və gənc oyunçuların uyğunlaşmasındakı rolunu yüksək qiymətləndirir.

Mxitaryan ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button