Çempion baş məşqçi ilə yeni müqavilə imzalanacaq

“İnter” baş məşqçisi Kristian Kivu ilə müqavilənin müddətini uzatmağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar artıq yekun mərhələyə çatıb.

Hazırda son detallara baxılır və sənədlərin mövsümün sonunda imzalanması planlaşdırılır. Yeni müqavilənin 2028-ci ilə qədər qüvvədə olacağı, həmçinin, müddətin daha bir mövsüm uzadılma şərtinin yer alacağı bildirilir. Kivunun illik maaşı isə bonuslarla birlikdə təxminən 4 milyon avro təşkil edəcək.

Rumıniyalı mütəxəssis ötən yay “İnter”in “sükanı arxasına” keçib. Komanda onun rəhbərliyi altında son turda “Parma” üzərində 2:0 hesablı qələbə qazanaraq, vaxtından əvvəl İtaliya çempionu olub.

Bundan əlavə, Milan təmsilçisi mayın 13-də İtaliya kubokunun finalında “Latsio” ilə qarşılaşacaq. Komanda bu oyunda qalib gələrsə, mövsümü “qızıl dubl”la başa vuracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button