“İnter” Baloqunu transfer edə bilməsə…

“İnter” “Arsenal”ın hücumçusu Folarin Baloqunu transfer etmək istəyir.

Komanda.az “sportmediaset”-ə istinadən xəbər verir ki, İtaliya klubu onun keçidini rəsmiləşdirə bilməsə, alternativ variantları işə salacaq.

Amerikalı futbolçunun “neradzurra”ya transferi baş tutmasa, Milan təmsilçisi ya “Udineze”dən Betonu, ya da “Portu”nun hücumçusu Mehdi Taremini heyətinə qatmağa çalışacaq.

Öncədən “İnter” Folarin üçün “topçular”a 35 milyon avro təklif etsə də, onlar bunu qəbul etməmiş və bu keçiddən 50 milyon avro qazanc əldə etmək istədiklərini bildirmişdilər.

Baloqun 2022/23 mövsümünü icarə əsasında “Reyms”də keçirib. O, Liqa 1 klubunun heyətində 39 oyuna çıxıb, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button