“İnter” 35 milyon avro təklif edir, “Arsenal” isə…

“İnter” hücumçu Folarin Baloqun üçün “Arsenal”a təklif göndərməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubu 22 yaşlı futbolçu üçün bonuslar da daxil olmaqla “topçular”a 35 milyon avro təklif etmək niyyətindədir.

Öncədən “The Athletic” nəşri “Arsenal”ın amerikalının transferindən 50 milyon avro qazanc əldə etmək istədiyini bildirmişdi.

Baloqun 2022/23 mövsümünü icarə əsasında “Reyms”də keçirib. O, Liqa 1 klubunun heyətində 39 oyuna çıxıb, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button