Rəsmi: “Tottenhem” Mourinyonu qovdu – Avropa Super Liqasına görə

İngiltərənin “Tottenhem” klubunda baş məşqçi Joze Mourinyo ilə yollar ayrılıb.

Komanda.az xəbər verir ki, poruqaliyalı mütəxəssis bu gün istefaya göndərilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mourinyo ilə müqaviləyə xitam verilib.

İngilis jurnalist Trevor Azul Mourinyonun qovulmasının təfərrüatlarını açıqlayıb. O, bu barədə özünün “tvitter” hesabında məlumat yayıb. Onun xəbərinə görə, “Tottenhem”in yeni yaradılan Avropa Super Liqasında iştirakını təsdiqləməsinə etiraz edən Mourinyo, komandanı bu gün məşqə çıxarmayıb. Klub rəhbərliyi bu səbəbdən portuqaliyalı mütəxəssisin müqaviləsinə xitam verib.

Mourinyo 2019-cu ilin noyabrından “Tottenhem”i çalışdırırdı.

Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button