Slovakiya millisinin üzvü Premyer Liqada

İngiltərənin “Norviç” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Herta”dan Ondrey Dudanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Norviç”də forma geyinəcək.

Slovakiya millisinin də üzvü olan Duda, 2016-cı ildən “Herta”da çıxış edirdi. Yarımmüdafiəçi bu mövsüm Almaniya Bundesliqasında 7 oyuna çıxıb və qol vura bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button