“Qalib gəlmək üçün yaxşı oynamaq lazımdır” – Qvardiola

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının finalında “Çelsi”yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, ispan mütəxəssis, bəzi futbolçularda həyəcan olduğunu deyib:

“Kiminlə oynadığımız və necə oynamalı olduğumuzla bağlı fikrim var. Burda olmaq bir şərəfdir. Məşqçi karyeramın əvvəlində nə vaxtsa Çempionlar Liqasının finalında olacağımı düşünmürdüm.

Bəzi futbolçularda həyəcan və narahatlıq var. Lakin bu yaxşıdır, mən onları ruhlandıracam. Hamı qazanmaq istəyir. Qalib gəlmək üçün yaxşı oynamaq lazımdır. Güclü təzyiq və gərginlik bəzən futbolçulara əngəl olur”.

Bu gün keçiriləcək “Mançester Siti” – “Çelsi” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button