“Arsenal” futbolçusunu icarəyə verdi

İngiltərənin “Arsenal” klubu futbolçusu Vilyam Salibanı icarəyə verib.

Komanda.az xəbər verir ki, 19 yaşlı müdafiəçi “Nitsa” klubuna keçib. Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Saliba, iyula qədər Liqa 1 klubunda çıxış edəcək.

Fransız müdafiəçi 2019-cu ilin yayında “Sent-Etyen”dən 30 milyon avro qarşılığında “Arsenal”a keçib. Mərkəz müdafiəçisi bu mövsüm London klubunun 2-ci komandasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button