Premyer Liqada yeni rekord

İngiltərə Premyer Liqasının 10-cu turunun açılış oyununda “Lester” səfərdə “Sauthempton”u darmadağın edib – 9:0.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqası tarixində səfərdə qazanılan ən böyükhesablı qələbədir. Bunadək heç bir komanda səfərdə bu qədər qol vura bilməmişdi.

Bu, həm də Premyer Liqanın ən böyükhesablı 2-ci nəticəsidir. Belə ki, “Mançester Yunayted” 24 il bundan əvvəl – 1995-ci ildə ev oyununda “İpsviç”i 9:0 hesabıyla məğlub etmişdi.

Doğma azarkeşləri qarşısında “Lester”ə darmadağın olan “Sauthempton” da klub tarixinin ən böyükhesablı məğlubiyyətini alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button