“Tottenhem”in daha bir oyunu təxirə salına bilər

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilməli olan “Aston Villa” – “Tottenhem” matçı təxirə salına bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Xəbərdə, “Aston Villa”da koronavirusa yoluxanların sayının çox olması səbəbindən “Tottenhem”lə qarşılaşmanın təxirə salına biləcəyi bildirilib.

“Aston Villa” – “Tottenhem” matçının yanvarın 14-də keçirilməsi planlaşdırılır.

“Tottenhem”in bundan əvvəl 16-cı turun “Fulhem”lə matçı rəqib komandada koronavirusa yoluxma hallarının çox olması səbəbindən təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button