İngiltərə millisinin keçmiş üzvü 3-cü liqa klubunda

İngiltərə millisinin sabiq üzvü Sol Kempellin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 45 yaşlı mütəxəssis İngiltərənin “Sautend Yunayted” klubunda baş məşqçilik edəcək. Bu barədə 3-cü liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Kempell bundan əvvəl “Makklesfild” komandasını çalışdırırdı. O, avqustdan bəri işsiz idi.

Futbolçu karyerası ərzində “Tottenhem”, “Arsenal” kimi klublarda çıxış edən Kempell, 73 dəfə də İngiltərə millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button