“Kristal Pelas”ın baş məşqçisinə 6 aylıq qadağa

“Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner avtomobil idarə etməkdən məhrum edilib.

“Qartallar”ın çalışdırıcısının ötən ilin iyulunda Londonda avtomobil idarə edərkən sürət həddini aşdığı aşkar edilib. Qayda pozuntusu sürət kamerası tərəfindən qeydə alınıb.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, məhkəmənin qeydlərində Qlasnerin günahını boynuna aldığı bildirilib:

“Mən hərəkətlərimin məsuliyyətini tam qəbul edirəm və vəziyyətin ciddiliyini başa düşürəm. İş vəzifələrim çərçivəsində bu məsələni həll etmək üçün müvafiq tədbirlər görəcəm”.

Nəticədə, məhkəmə onu altı ay müddətinə avtomobil idarə etməkdən məhrum edib. Qlasnerə həmçinin, cərimə və məhkəmə xərclərini ödəmək tapşırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button