
İngiltərə klubu “Bayern”in müdafiəçisini istəyir
“Bayern”in müdafiəçisi Saşa Boye karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az “MailSport”-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunu heyətinə qatmaq istəyən klub “Kristal Pelas”dır. London təmsilçisi Boyeni transfer siyahısında nəzərdən keçirir.
Fransalı futbolçunun “Bayern”lə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. O, cari mövsümdə Almaniya Bundesliqasında 9 oyunda meydana çıxıb.
“Kristal Pelas” Premyer Liqada 20 turdan sonra 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



