İngiltərə klubu İmranla müqavilə imzaladı

İngiltərənin “Uotford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Nant”dan İmran Luzanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə beş illik müqavilə imzalanıb.

“Nant”ın yetirməsi olan Luzanın “transfermarkt”da dəyəri 12 milyon avrodur. Fransa mətbuatının xəbərinə görə, “Uotford” İmran üçün 10 milyon avro ödəyəcək.

“Uotford” yeni mövsümdə İngiltərə Premyer Liqasında iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button