İngiltərə klubunun baş məşqçisi məvacibinin bir hissəsindən imtina etdi

İngiltərənin “Ridinq” klubunun icraçı direktoru Naycel Hau və komandanın baş məşqçisi Mark Bouen məvaciblərinin bir hissəsindən imtina ediblər.

Komanda.az xəbər verir  ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, Hau və Bouenin aprel, may və iyun ayları üçün nəzərdə tutulan məvaciblərinin bir hissəsindən imtina etdikləri bildirilib.

Baş məşqçi və icraçı direktor koronavirusa görə yaranacaq maliyyə problemlərini aradan qaldırmaqda kluba kömək etmək üçün belə addım atıb.