“Everton” hücumçusunu itirdi

İngiltərənin “Everton” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin hücumçusu Dominik Kalvert-Lyuin zədələnib.

İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsinin “Tottenhem”lə matçında (5:4) zədələnən ingilis futbolçu, 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Kalvert-Lyuin bu mövsüm 25 oyunda 18 qol vurub.