İngiltərənin yeni rekordçusu

İngiltərənin “Çelsi” klubu Çempionlar Liqasının 1/4 final mərhələsində Portuqaliya “Portu”sunu mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlib.

Komanda.az “Squawka” portalına istinadən xəbər verir ki, “zadəganlar” artıq 8-ci dəfədir ki, Çempionlar Liqasında yarımfinal mərhələsinə yüksəlir. “Çelsi” İngiltərə klubları arasında yarımfinala ən çox vəsiqə qazanan komandadır.

Bundan əvvəlki rekord “Mançester Yunayted”də idi. “Qırmızı şeytanlar” 7 dəfə Çempionlar Liqasında yarımfinala yüksəlib.