Premyer Liqa klubundan rekord transfer

İngiltərənin “Brentford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Seltik”dən Kristoffer Ayeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Brentford” Ayer üçün “Seltik”ə 13,5 milyon funt-sterlinq ödəyəcək. Bu, klub tarixinin ən bahalı transferidir.