Premyer Liqa klubu 17 milyon avroluq transferə hazırlaşır

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Marsel”dən Morqan Sansonu heyətinə qatmağa yaxındır. Bu barədə jurnalist Fabritso Romano “tvitter” hesabında məlumat yayıb. Məlumatda, tərəflərin artıq razılaşdığı və Sansonun yaxın zamanda “Aston Villa” ilə müqavilə imzalayacağı bildirilib.

“Aston Villa” 26 yaşlı yarımmüdafiəçi üçün “Marsel”ə 17 milyon avro ödəyəcək.

2017-ci ildən “Marsel”də çıxış edən Sanson, bu mövsüm Liqa 1-də 12 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.