40 yaşında karyerasını bərpa etdi – “Çelsi”nin sabiq futbolçusu

İngiltərə milli komandasının və “Çelsi”nin sabiq futbolçusu Co Koul karyerasını bərpa edib.

Komanda.az xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi “instagram” hesabında məlumat yayıb. Koul 11-ci divizion təmsilçisi “Belston” klubuna keçib.

Yarımmüdafiəçi yeni komandasında ilk oyununa da çıxıb. O, “Belston”un “Herfild Yunayted”i 2:1 hesabıyla məğlub etdiyi matçda iştirak edib.

Co Koul İngiltərədə “Çelsi”, “Liverpul”, “Vest Hem”, “Aston Villa” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi İngiltərə yığmasında 56 oyunda 10 qol vurub.

2018-ci ildə futbolçu karyerasını bitirdiyini açıqlayan Koul, “Çelsi”nin gənclərdən ibarət komandasında məşqçilik edir.