İnfantino: “Balanslı həll yolu təqdim etməyə yaxınıq”

FİFA prezidenti Canni İnfantino maliyyə fəaliyyətinin şəffaflığını artırmaq məqsədilə bu yöndə qaydaların sərtləşdirilməsini istəyib.

Komanda.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, quruma üzv olan 211 milli assosiasiyaya müraciətində dünya futbolunun inkişafı ilə bağlı bir sıra məsələyə münasibət bildirib.

İnfantino bir neçə çempionatın mövsümü bərpa etmək barədə qərarını alqışlayıb. İnfantino deyib ki, insan sağlamlığının qorunması hər zaman prioritet olaraq qalmalıdı.

FIFA prezidenti beynəlxalq təqvim haqqında da danışıb: “Bu yöndə müəyyən uğurlara imza atdığımızı bildirməkdən məmnunluq duyuram. Müxtəlif məsləhətləşmələr sayəsində hər kəsin ehtiyaclarını nəzərə alan balanslı həll yolu təqdim etməyə yaxınlaşırıq. Yüksək səviyyəli klub futbolunun bərpasının prioritet olduğu aydındı, lakin milli komandaları, qadın futbolunu, aşağı liqaları unutmamalıyıq”.

Qeyd edək ki, FİFA daha öncə 211 üzv milli assosiasiyaya 150 milyon ABŞ dolları ayırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button