“İmişli”də latviyalı məşqçi

“İmişli” məşqçilər korpusunu gücləndirib.

Klubdan Komanda.az-a verilən məlumata görə, latviyalı mütəxəssis Ervins Perkons bölgə təmsilçisinin köməkçi məşqçisi təyin olunub.

UEFA PRO lisenziyasına malik olan 35 yaşlı mütəxəssis 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın “Elqava” və “Super Nova” klublarında baş məşqçi kimi fəaliyyət göstərib.

Çalışdırıcı adıçəkilən komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək, 2022 və 2024-cü illərdə Latviyanın 1-ci Liqasının çempionluğuna daşıyıb.

Ervins Perkons fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə proqramlarında iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button