“İlk hissədəki oyunumuzu çox bəyəndim, amma…” – Valverde

İspaniya La Liqasının 2-ci turu çərçivəsində öz meydanında “Betis”ə 5:2 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ernesto Valverde matçdan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, yaxşı çıxış etdiklərini deyib:

“Son iki oyunu müqayisə etsək, “Atletik”lə matçda da (0:1) yaxşı oynamışdıq, amma yekunda məğlub olduq. Vəziyyətlər oxşardır. Hər iki matça yaxşı başladıq, amma qol buraxdıq. İlk hissədəki oyunumuzu çox bəyəndim, amma komandanın məğlub olduğunu görəndə, nələrisə dəyişə biləcəyini düşünürsən. Hesab 1:1 olarkən yaxşı oynadıq və ikinci qolu vura bildik”.

İspan mütəxəssis, oyunda iki qolun müəllifi olan Antuan Qrizmannla bağlı da danışıb:

“Qrizmann bu gün yüksək səviyyəli oyun nümayiş etdirdi, bu da azarkeşlərin ondan gözlədikləri şeydir. Bu gün Qrizmann üçün çox vacib gün idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button