İlk finalçı “Yuventus” oldu

Futbol üzrə İtaliya kubokunda ilk finalçı bəlli olub.

Komanda.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində bu gün “Yuventus” “Milan”ı qəbul edib.

Turindəki qarşılaşma qolsuz yekunlaşıb. İlk matç 1:1 hesabı ilə başa çatdığı üçün “Yuventus” səfər qolu sayəsində finala yüksəlib.

Digər finalçının adına iyunun 13-də keçiriləcək “Napoli” – “İnter” matçında aydınlıq gələcək.

İtaliya kuboku
Yarımfinalın cavab oyunları

12 iyun

Yuventus – Milan 0:0 (ilk oyun 1:1)

13 iyun

23:00. Napoli – İnter (ilk oyun 1:0)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button