DÇ-2022: “Niderland millisi böyük komandadır” – Argentinalı hücumçu

Argentinalı hücumçu Julian Alvares DÇ-2022-nin 1/4 final mərhələsinin Niderland yığması ilə oyunu barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yarımfinala çıxmaq üçün mübarizə aparacaqlarını bildirib:

“Biz bilirik ki, onların güclü oyunçuları var. Niderland millisi böyük komandadır. Lakin əlimizdən gələni edəcəyik ki, yarımfinala çıxa bilək. Biz çoxlu uğura nail olmaq istəyirik, amma bunu addım-addım gerçəkləşdirəcəyik”.

Alvares qələbə qazanaraq, ilk dördlüyə düşmək istədiklərini dilə gətirib:

“Çətin oyun olacaq. Yarımfinala çıxmaq, dünya çempionatında ilk dördlüyə düşmək komanda və ölkə üçün çox vacibdir. Bu, bizə inanılmaz sevinc bəxş edə bilər”.

Argentina millisi DÇ-2022-nin 1/4 finalında bu gün Niderland yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button